Banklar xarici valyuta alanları niyə sorğu-suala tutur? (EKSPERT)

Banklar xarici valyuta alanları niyə sorğu-suala tutur? (EKSPERT)

"Mərkəzi Bank dollarla bağlı qərar verməyib".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert, hüquq müdafiəçisi Əkrəm Həsənov Mərkəzi Bankın kommersiya banklarına ünvanladığı təlimatda valyuta dəyişmə əməliyyatları zamanı xarici valyuta alan müştərilərin sorğu-suala tutulmasını şərh edərkən deyib. 

İqtisadçı bildirib ki, bu, sadəcə Mərkəzi Bankın bankalara tövsiyə məktubudur:



"Bu, qərar şəklində heç yerdə yoxdur. Qərar olsaydı, Ədliyyə Nazirliyinin saytında dərc olunardı. Ehtimal edirəm ki, Mərkəzi Bank banklara tövsiyə məktubu göndərib. Banklar da həmin tövsiyəni tətbiq etməyə başlayıb. Prinsipcə, bankın istənlinən müştərisi haqqında məlumat toplamaq hüququ var. Müştəriyə onun pulu barədə istəlinən sualı verə bilər. Burada elə bir pozuntu yoxdur. Hər bir halda çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı qanunvericilik çərcivəsində banklar müştərilərini tanımalıdır və bu, onların vəsaitinin mənbəyini və mənşəyini də etibar edir. Amma vətəndaş da istəlinən cavabı verə bilər".

Əkrəm Həsənov qeyd edib ki, Azərbaycanda dövlət məmurları tərəfindən gəlir və xərc bəyannaməsinə dair tələb yoxdur:

"Belə olan halda adi vətəndaşdan nə istəmək olar ki? İstəlinən cavabı verə bilər, məsələn, yığdığım puldur, vəssalam. Burada vətəndaşı məhdudlaşdıran elə bir şey yoxdur. Düşünürəm bu niyə indi edilir? Bir çox insanları qorxutmaq üçündür. Çox dollar almasınlar, Mərkəzi Bank az dollar satmaq istəyir. Bunun da səbəbləri hamıya məlumdir, neftin qiyməti düşüb, valyuta ehtiyatlarımız azalıb və buna görə dolayı metoddan istifadə edir".

Əkrəm Həsənovun fikrincə, banklarda dollarla bağlı aparılan sorğu-sual nəticəsində heç kimi məsuliyyətə cəlb eləyə bilməzlər: 

"Necə ola bilər, mən banka əmanət qoyanda heç məndən soruşmurdular, ev, avtomobil alanda sorğu-suala tutulmurdum. Amma dollar alanda soruşurlar?"
Qeyd edək ki, Azərbaycanda xarici valyuta alanlara nəzarət bir qədər də gücləndirilib. Azərbaycan Mərkəzi Bankının (AMB) kommersiya banklarına ünvanladığı təlimatda valyuta dəyişmə əməliyyatları zamanı xarici valyuta alan müştərilərdən daha detallı məlumatların alınması nəzərdə tutulur. Mərkəzi bankın təlimatı cəmiyyətdə qərar kimi başa düşülüb və narazılığa səbəb olub. 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR