Baş nazir mətbuat xidmətinin rəhbərini işdən çıxartdı

Baş nazir mətbuat xidmətinin rəhbərini işdən çıxartdı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad olunub.

EkoNews xəbər verir ki, Baş nazir Əli Əsədovun sərəncamı ilə bu vəzifədə olan Ayaz Mirzəyev işdən azad edilib.

"Bu gündən etibarən Nazirlər Kabineti Aparatında tutduğum mətbuat xidməti vəzifəsindən ayrıldım. Bu müddət ərzində mənim fəaliyyətimə dəstək göstərən, bu vacib işi mənə etimad edən, inanan keçmiş və indiki rəhbərliyimə təşəkkür edirəm.

Eyni zamanda bu müddət ərzində mətbuat xidməti olaraq mənimlə birgə işləyən, əməkdaşlıq edən media sahəsindəki həmkarlarıma minnətdarlığımı bildirirəm. Həyatımda əhəmiyyətli rol oynayan dövlət işi təcrübəsi qazandım. Bu vəzifədə bundan sonra fəaliyyət göstərəcək gələcək həmkarıma da bəribaşdan uğurlar diləyirəm”, – deyə Ayaz Mirzəyev öz Facebook səhifəsində qeyd edib.

Bununla da NK-nin strukturunda olan vakant yerlərin sayı 4-ə çatıb.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR