Bayram günü
08 Noyabr, 17:05   |    Baxış sayı: 33

Bayram günü "Bank BTB"nin bu şöbələri işləyəcək

9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar "Bank BTB” əhalinin bank xidmətlərinə əlçatanlığını təmin etmək üçün xüsusi rejimdə fəaliyyət göstərəcək.
 
Bankdan EkoNews-a daxil olan məlumata görə, bayramda bankın "Gənclik-1”, "Gənclik-2”, "İnşaatçılar”, "Sahil” və "28 May” şöbələrində əhaliyə depozit qəbulu, pul köçürmələri, kommunal ödənişlər, kassa əməliyyatları və bu kimi digər xidmətlər göstəriləcək. "Bank BTB”nin xidmətlərindən yararlanmaq istəyənlər adları qeyd olunan şöbələrə saat 10:00-dan 18:00-dək yaxınlaşa bilərlər.