Bələdiyyə seçkiləri üzrə 2896 nəfərin namizədliyi qeydə alınıb

Bələdiyyə seçkiləri üzrə 2896 nəfərin namizədliyi qeydə alınıb

"Bu günə qədər bələdiyyə seçkilərində iştirak üçün müraciət edənlərdən 2896 nəfərin namizədliyi təsdiq olunub".

EkoNews "Report"a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Komissiya sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, indiyədək bələdiyyə seçkilərində iştirak etmək üçün, ümumilikdə, 8128 nəfər namizədliyinin irəli sürülməsi ilə bağlı MSK-ya müraciət edib.

"Hazırda MSK digər namizədlərin müraciətlərinə baxır", - Məzahir Pənahov bildirib.

Qeyd edək ki, MSK-nın bu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyasının, Vətəndaş Birliyi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Demokrat Maarifçilik Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Ümid Partiyası və Ana Vətən Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsi səsverməyə çıxarılaraq qəbul edilib. Bununla bələdiyyə seçkilərində iştirak edəcək siyasi partiyaların sayı 10-a çatıb.

Xatırladaq ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. Sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR