Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən "Yüksək Texnologiyalar Parkı"nda yaradılan Biznes İnkubasiya Mərkəzində 30-dan çox startap layihəsi fəaliyyət göstərir.
Bu barədə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə deyib.
Mingəçevir şəhərində fəaliyyət göstərən "Yüksək Texnologiyalar Parkı" barədə məlumat verən nazir bildirib ki, orada vergi və gömrük güzəştləri tətbiq edilir. "Hazırda texnoloji parkların fəaliyyətinin genişləndirilməsi, yüksək texnologiyalar sahəsində yeni istehsal müəssisələrinin yaradılması üzrə işlər aparılır”, - deyə nazir vurğulayıb.
©AzərTAC