BNA-nın kotirovka sorğusunu bu şirkət uddu
09 Noyabr, 15:51   |    Baxış sayı: 34

BNA-nın kotirovka sorğusunu bu şirkət uddu

Bakı Nəqliyyat Agentliyi tərəfindən "Bakı şəhərinin körpü və tunellərinin kənarı üçün quraşdırılması nəzərdə tutulan məhəccərlərin və Bakı şəhərinin küçə və prospektlərində piyada səkilərinin layihə-smeta sənədlərinin hazırlanmasına dair iş və xidmətlər”in satınalınması məqsədi ilə keçirilmiş kotirovkalar sorğusu prosedurunda iştirak etmiş iddiaçıların təklifləri qiymətləndirilib.
 
EkoNews xəbər verir ki, kotirovkalar sorğusu prosedurunun nəticələri haqqında müsabiqə komissiyasının 29 oktyabr 2018-ci il tarixli yekun protokoluna əsasən "Azin Construction" MMC qalib elan edilib və həmin iddiaçı ilə 5 noyabr 2018-ci il tarixdə müvafiq satınalma müqaviləsi imzalanıb.