Bodruma gedən azərbaycanlıların SAYI AÇIQLANDI
09 Fevral, 10:55   |    Baxış sayı: 50

Bodruma gedən azərbaycanlıların SAYI AÇIQLANDI

2018-ci ildə Türkiyənin Bodrum şəhərinə 14,1 min Azərbaycan turisti səfər edib. 

Ümumilikdə ötən il Bodruma 781 min xarici turist səfər edib ki, bu da 2017-ci illə müqayisədə 62 faiz çoxdur.

Ötən il Bodruma səfər edən turistlər arasında rusiyalılar çoxluq təşkil edib. Bu ölkədən Bodruma 97,5 min turist səfər edib.

Qeyd edək ki, 2018-ci ildə Türkiyəyə ümumilikdə 46,1 milyon turist səfər edib. Bu, 2017-ci illə müqayisədə 21,45 faiz çoxdur. //Fed.az