"Boeing" minlərlə əməkdaşını işdən çıxarır

737 MAX təyarələrinin yaratdığı böhrana görə onsuz da çətin vəziyyətdə olan Boeing aviaşirkəti pandemiya səbəbindən 6770 əməkdaşını işdən çıxaracaq.

Ekonews xəbər verir ki, bu barədə şirkətin baş direktoru Devid Kalhoun açıqlama verib. O, işdən çıxarılanların təzminat, səhiyyə xidməti və karyera keçid xidmətindən faydalana biləcəklərini deyib. Kalhoun ABŞ-dan kənardakı müəssisələrdə də ixtisarların olacağını söyləyib.

Qeyd edək ki, şirkətin dünya miqyasında 143 mindən çox işçisi var.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR