"Boeing" satılmayan təyyarələri əməkdaşlar üçün avtomobil parkında yerləşdirir - FOTO

"Boeing" korporasiyası satılmayan "737 MAX" markalı təyyarələri yerləşdirmək üçün yer tapa bilmədiyindən onları şirkət əməkdaşlarının avtomobillərinin park edilməsi üçün nəzərdə tutulmuş ərazidə saxlayır.

EkoNews bu haqda xarici mediaya istinadən xəbər verir.

Korporasiyanın nümayəndəsi Pol Berqman satışda fasilə yarandığı dövrdə "Boeing" müəssisəsinin bütün resurslarından istifadə etdiklərini, buna görə də təyyarələri Pyucent Saund, San Antonio və Mozes Leykdəki istehsal obyektlərində saxladıqlarını bildirib.

Onun sözlərinə görə, təyyarələrin avtomobil parklarında yerləşdirilməsi şirkətin maddi-texniki resurslarını idarə etmək planının bir hissəsidir.

"Bloomberg" agentliyinin məlumatına görə, korporasiya hər bir təyyarəni park yeri ilə təmin etmək üçün hər ay, təxminən, 2 min dollar sərf edir.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR