Bu çiçəyi qopartmağın cəzası var - 14 min manat (FOTO)

Bu çiçəyi qopartmağın cəzası var - 14 min manat (FOTO)

Türkiyənin Bodrum şəhərində nəsli tükənmək təhlükəsi olan bitkilərdən biri "Qum zambağı" çiçək açmağa başlayıb. Ətraf mühitin qoruyucuları insanları bu çiçəyə qarşı diqqətli olmağa çağırış edərkən, həm də çiçəyi qopardanlara pul cəzası veriləcəyidə bildirilib.

EkoNews türk mətbuatına istinadən xəbər verir ki, çiçəyi bilərək və ya bilməyərək qopardan şəxs 48min 625 lira (təxminən 14000 manat) cərimə ödəyəcək.
Dəniz kənarında qumluq və daşlıq ərazilərdə açan ağ rəngli çiçək hər il olduğu kimi bu ildə ora gələn ziyarətçilərin marağını çəkə bilib.
Bodrum Bələdiyyəsi çiçəklərlə şəkil çəkdirmək istəyən insanları onları əzməməyə, qopartmamağa, daha diqqətli olmağa çağırıb.

Günay

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR