Bu dilənçinin 2 mənzili və 4 mağazası var - VİDEO
03 Dekabr, 11:53   |    Baxış sayı: 114

Bu dilənçinin 2 mənzili və 4 mağazası var - VİDEO

Antalya bələdiyyəsinin məmurları Muratpaşa məscidində dilənçilərə qarşı əməliyyat keçirib. Saxlanılan 46 yaşlı bir dilənçinin 2 mənzili və 4 mağazasının olduğu məlum olub. 46 yaşlı dilənçinin adı Hüryan Zeybəkdir.

Cümə namazından sonra məsciddə dilənçilərin çox olduğu barədə şikayət var idi. Bələdiyyə məmurları şəhərin mərkəzindəki tarixi Murtapaşa məscidində əməliyyat keçiriblər. Əməliyyat zamanı 7 dilənçi həbs edilib.

85 yaşlı Nuri Dəniz adlı dilənçi çantasında corab və salfet satırmış. Onun üzərindən 100 lirə (31 manat) pul çıxıb. Dəniz sağlamlıq problemlərinin olduğunu, aldığını pensiyanın isə kirayə xərcinə çıxdığını bildirib. Hüryan Zeybek adlı dilənçinin isə narkotik maddə aludəçisi kimi polis qeydiyyatında olduğu üzə çıxıb.

Hüryanın qardaşı ilə əlaqə saxlayan polis onun İzmirdə iki mənzil və 4 mağaza sahibi olduğunu öyrənib. Narkotik maddə aludəçisi olduğu üçün İzmirdən Antalyaya qaçan Zeybek dilənçiliklə küçələrdə həyatına davam edir. //Oxu.az