Bu gün mühüm iclas var: Azərbaycanda dollar bahalaşacaq?
08 Noyabr, 11:35   |    Baxış sayı: 306

Bu gün mühüm iclas var: Azərbaycanda dollar bahalaşacaq?

Bu gün ABŞ Mərkəzi Bankının (Fed) Federal Açıq Bazar Komitəsinin (FOMC) Noyabr iclası başa çatacaq.

EkoNews xəbər verir ki, iclasdan sonra FED növbəti dəfə faiz qərarını açıqlayacaq.

"FED 2018-ci ildə faiz dərəcələrini üç dəfə artırıb. Hesab edirəm ki, bu dəfə artım gözlənilmir”

Bunu EkoNews-a açıqlamasında iqtisadçı İlham Əzizov bildirib. Onun sözlərinə görə, FED-in faiz qərarlarının Azərbaycan iqtisadiyyatına təsiri dərhal hiss edilmir:

"İlin son ayları olduğunu nəzərə alsaq, dollara təlabat artacaq. Bu, xarici valyutada öhdəliklərin yerinə yetirilməsi ilə baglıdır. Azərbaycanda  valyuta məzənnəsinin dəyişməsində aparıcı rol hələlik Mərkəzi Bankın əlindədir. Hesablamalarımız göstərir ki, məzənnədə ciddi dəyişiklik olmamalıdır. Buna bizim valyuta və büdcə ehtiyatlarımız imkan yaradır. Onu da qeyd edək ki, FED- in əvvəlki artımları da bazara ancaq psixoloji təsir göstərə bilib”.