“Bu il Bakı ətrafı qəsəbələrin müəyyən hissəsini yeni avtobuslarla təmin edəcəyik”

“Bu il Bakı ətrafı qəsəbələrin müəyyən hissəsini yeni avtobuslarla təmin edəcəyik”

"Bu il Bakı ətrafı qəsəbələrin avtobus xətlərinin dəyişdirilməsinə üstünlük veriləcək”. 

Bunu İTV-yə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

V.Kərimli bunun insanların daha rahat nəqliyyat vasitəsi ilə təmin etmək məqsədi daşıdığını qeyd edib:

"Amma burada digər məsələ də var. Kompleks tədbirlər görülməlidir. Bura yol infrastrukturu, dayanacaqların quraşdırılması, nişanlanma və s daxildir. Düşünürəm ki, bütün bunlar olduqdan sonra ilin sonuna qədər biz qəsəbələrin müəyyən hissəsini yeni avtobuslarla təmin edəcəyik”.

Xatırladaq ki, BNA-nın yaydığı məlumata görə, bu il avqust ayında Bakıya 300 yeni avtobus gətiriləcək.
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR