Bu il milli domen zonamızda neçə internet resursu qeydə alınıb? – AÇIQLAMA

Bu il milli domen zonamızda neçə internet resursu qeydə alınıb? – AÇIQLAMA

Azərbaycanın milli domen zonasında (".az") 33 373 internet resursu qeydə alınıb.
EkoNews xəbər verir ki, "Domen.az”dan TED.az-a verilən məlumata görə, bu ilin yanvar-sentyabr aylarında ".az" domenində qeydiyyatdan keçən saytların sayı 31 120-i olub. 

Eləcə də bax: Azərbaycanda ən çox baxılan - RƏSMİ SAYTLAR – SİYAHI

İkinci ən çox müraciət olunan domen ".com.az”dır. Bu domendə 1 269 sayt qeydiyyatdan keçib.

Eləcə də, ".edu.az” domenindən 440 sayt, ".org.az” domenindən 144 sayt, ".co.az” domenindən 121 sayt, ".info.az” domenindən 107 sayt, ".net.az” 78 sayt, ".ınt.az” domenindən 31 sayt, ".pp.az” domenindən 25 sayt, ".bız.az” domenindən 24 sayt, ".name.az” domenindən 13 sayt, ".pro.az” domenindən isə 1 sayt qeydiyyatdan keçib.

Qeyd edək ki, ilin əvvəlindən 7055 domen ləğv olunub, 8865 domen isə qeydiyyata düşüb.

Məlumat üçün bildirək ki, ".az” milli domen zonası 1993-cü ildən rəsmi olaraq fəaliyyətə başlayıb. Bu domeninin qeydiyyat haqqı və illik texniki dəstək xərci 20 manat təşkil edir.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR