Bu kartlarla alış-veriş edənlər hədiyyə qazanacaq - MƏRKƏZİ BANK
08 Noyabr, 16:14   |    Baxış sayı: 68

Bu kartlarla alış-veriş edənlər hədiyyə qazanacaq - MƏRKƏZİ BANK

Azərbaycan Mərkəzi Bankı (AMB) qlobal ödəniş texnologiyalarının lideri olan "Mastercard” ilə birlikdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödənişlərin stimullaşdırılması istiqamətində növbəti kampaniyaya start verdi.
 
AMB-nin mətbuat xidmətindən EkoNews-a daxil olan məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli 508 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda Mərkəzi Banka verilmiş tapşırıqlardan biri də istehlakçıların nağdsız qaydada əməliyyatların aparılmasına təşviq edilməsidir.
 
Bu tapşırığın icrası məqsədi ilə Mərkəzi Bank qlobal ödəniş texnologiyalarının lideri olan "Mastercard” ilə birlikdə Naxçıvan Muxtar Respublikasında (Naxçıvan MR) rəqəmsal ödənişlərin istifadəsinin stimullaşdırılması məqsədi ilə növbəti dəfə istehlakçılar üçün stimullaşdırıcı kampaniyaya start verib.
 
Kampaniya çərçivəsində daha iki ticarət mərkəzində 20 AZN və ya daha yüksək məbləğdə alış-verişini "Mastercard” və ya "Maestro” kartları ilə nağdsız qaydada ödəyən bütün müştərilər elə yerindəcə təklif edilən hədiyyələrdən birinə sahib olacaqlar. Kampaniya noyabrın 8-dən 2018-ci ilin sonunadək davam edəcək.
 
Bu tip kampaniyaların gələcəkdə Azərbaycanın digər bölgələrində də davam etdirilməsi nəzərdə tutulur.