Bu ölkədə azərbaycanlıların aldığı mənzillərin sayı artıb

Bu ölkədə azərbaycanlıların aldığı mənzillərin sayı artıb

Bu ilin avqust ayında Azərbaycan vətəndaşları Türkiyədə 88 mənzil alıb.

EkoNews "Report”a istinadən xəbər verir ki, bu, ötən ilin avqust ayı ilə müqayisədə 8 mənzil və yaxud 8,3% azdır.

Bununla belə, bu ilin yanvar-avqust aylarında azərbaycanlılar qonşu ölkədə 711 mənzilə sahib olub. Bu isə ötən ilin eyni dövrünə nisbətən 138 mənzil və yaxud 22% çoxdur.

Ümumilikdə avqustda Türkiyədə xarici vətəndaşlara 3 641 mənzil satılıb ki, bu da illik müqayisədə 253 mənzil və yaxud 6,5% azdır.

Yanvar-avqustda isə Türkiyədə xarici vətəndaşların mülkiyyətinə 28 051 mənzil keçib ki, bu da illik müqayisədə 9 328 mənzil və yaxud 49,8% çoxdur.

Türkiyədə ən çox mənzili İraq vətəndaşları alıb - ötən ay 675, 8 ayda 4 746 mənzil. İran vətəndaşları avqustda 469, yanvar-avqustda 3 135, Rusiya vətəndaşları isə ötən ay 212, bu ilin 8 ayında isə 1 691 mənzil əldə edib. 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR