Bu ölkələrin iqtisadiyyatı üçün çətin günlərin əlamətləri aşkar görünür

Bu ölkələrin iqtisadiyyatı üçün çətin günlərin əlamətləri aşkar görünür

ABŞ-Çin ticarət qarşıdurması birjalarda neftin kəskin ucuzlaşması ilə müşaiyət olunur.

EkoNews xəbər verir ki, bunu iqtisadçı-ekspert Rövşən Ağayev bildirib.

Bu arada Beynəlxalq Energetika Agentliyinin neft bazarı ilə bağlı yeni proqnozları diqqəti çəkir.
 


Onun sözlərinə görə, agentlik qeyd edir ki, ilin başlanğıcında 2019-cu il ərzndə neftə gündəlik tələbin 1.560 mln. barrel artacağı proqnozu özünü doğrultmadı: tələb daha az həcmdə artır - cəmi 1 mln. barrel (proqnozdan 560 min barrel az): "Əvəzində təklif daha sürətlə artır - OPEC-ə üzv olmayan ölkələrin hesabına bazara daxil olan gündəlik əlavə təklif yaxın zamanlara 2.8 mln. barrelə çatacağı proqnozlaşdırılır. Agentlyin ekspertləri əmindir ki, OPEC+ təklifi azaltmaq istiqamətində səyləri ilə qeyri-OPEC hesabına təklifin artımına əhəmiyyətli təsir göstərə bilməyəcək”.

İqtisadçı deyir ki, iqtisadiyyatı neftdən yüksək asılılığı olan ölkələr üçün çətin günlər əlamətləri aşkar görünür: "Çin ABŞ-la qarşıdurmadan istifadə edib İrandan idxalı bərpa edəcəyi ssenaridə vəziyyət daha da tündləşər..."

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR