Bu məşhur 613 min manata avtomobil aldı - FOTO
12 Aprel, 14:46   |    Baxış sayı: 444

Bu məşhur 613 min manata avtomobil aldı - FOTO

Avtomobillərə olan böyük marağı ilə tanınan Kriştiano Ronaldo kolleksiyasına daha bir bahalı maşın əlavə edib.

Yuventus"un ulduzu "Rolls Royce"un yenicə satışa çıxardığı "Cullinan" model avtomobil alıb.

Olduqca az sayda satışa çıxarılan bu modelin qiyməti 276 min funt-sterlinqdi (təxminən 613 min manat). "Rolls Royce"un 4x4 modelindəki ilk və yeganə avtomobili alan futbolçu isə "Kristal Palas"ın üzvü Mamadu Saxodu. Fransalı stoper 29 yaşının tamam olduğu gün özünə bu avtomobili hədiyyə etmişdi. //Kommersant.az