Bu şəhər və rayonlar büdcədən pul almayacaq
05 Noyabr, 15:39   |    Baxış sayı: 173

Bu şəhər və rayonlar büdcədən pul almayacaq

2019-cu ildə özünü maliyyələşdirən rayon və şəhərlərin sayı 34-ə çatacaq. Bunu maliyyə naziri Samir Şərifov deyib.

«2019-cu ildə Azərbaycanın 34 rayonu özünümaliyyələşdirmə sisteminə keçəcək», - deyə o, bu gün parlament komitələri tərəfindən gələn ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.

Nazirin sözlərinə görə, 2019-cu ildə rayonların gəlirləri 736,8 mln. manat, xərcləri 840,8 mln. manat təşkil edəcək. «Beləliklə, qalan rayonların xərclərinin ödənilməsi üçün gələn ilin dövlət büdcəsindən 104 mln. manat ayrılacaq», - deyə S.Şərifov vurğulayıb.

Büdcə materiallarına əsasən gələn il Gəncə, Lənkəran, Naftalan, Mingəçevir, Sumqayıt, Şəki, Şirvan, Yevlax şəhərlərinə və 26 rayona dövlət büdcəsindən maliyyə yardımı ayrılmayacaq. //İnterfaks-Azərbaycan