Bu sığorta şirkəti Azərbaycan bazarını tərk edəcək
07 Fevral, 12:40   |    Baxış sayı: 132

Bu sığorta şirkəti Azərbaycan bazarını tərk edəcək

Azərbaycanın aparıcı sığorta şirkətlərindən biri olan "AXA Mbask”ın bir ildən sonra Azərbaycan bazarını tərk edəcəyi bildirilir. Bu barədə sığorta bazarındakı mənbələr məlumat verib.

Verilən məlumata görə, şirkət qarşıdakı bir il ərzində öhdəliklərini yerinə yetirib sonra bazarı tərk edəcək.

Hazırda şirkət əksər sığorta növləri üzrə müqavilələr bağlamağı dayandırıb, bundan başqa, "AXA Mbask”ın ənənəvi olaraq güclü tərəfi sayılan sığorta agentlərinin də əksəriyyəti şirkətdən uzaqlaşıblar. Buna səbəb, komissiya haqlarının kəskin şəkildə azaldılmasıdır.

MBA dərəcəsinə yiyələnməklə hər zaman öndə olun. Ən nüfuzlu MBA tədbiri Bakıda
Qeyd edək ki, bir qədər əvvəl "AXA Mbask” bəzi sığorta növləri üzrə yeni müqavilə bağlamağı dayandırdığını elan etmişdi.

Xatırladaq ki, hazırda "AXA Mbask”ın göstəriciləri pis deyil. Şirkət 2018-ci ildə 18,6 milyon manat sığorta haqları toplayaraq sığorta şirətləri arasında 9-cudur, sığorta sektorunda bazar payı isə 2,56%-dir.

Bununla yanaşı, sığorta bazarındakı təmərküzləşmə prosesləri "AXA Mbask”a da təsir edib, son bir ildə, yəni 2017-i illə müqavisədə şirkətin yığımları 16,5% azalıb.

Ödənişlərin həcminə görə isə AXA Mbask 9,6 milyon manat ödənişlə 21 sığorta şirkəti arasında 8-ci yerdədir.

Şirkətin ödəniş/yığım nisbəti göstəricisi 51,4%-dir və bu göstərici ilə 5-cidir. Ölkə üzrə ödəniş/yığım nisbətinin orta göstəricisi 33,1%-dir. //Fed.az