Bu şirkət Neftçilər Xəstəxanasından 1 milyon manat tələb edir

Bu şirkət Neftçilər Xəstəxanasından 1 milyon manat tələb edir

Mərkəzi Neftçilər Xəstəxanası "AGNA Service” MMC-ni məhkəməyə verib. 

EkoNews unikal.org-a istinadla xəbər verir ki, xəstəxana 1 saylı  Bakı İnzibati-İqtisadi məhkəməsinə müraciət edərək, MMC ilə aralarında bağlanmış müqaviləyə xitam verilməsini istəyib. 

Həmçinin "AGNA Service” MMC də məhkəmədə qarşılıqlı iddia qaldırıb. Belə ki, MMC Mərkəzi Neftçilər Xəstəxanasına qarşı 30 min manat xidmət haqqının və
müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsini tələb edib. 

Mərkəzi Neftçilər Xəstəxanası məhkəməyə müraciətində qeyd edib ki, tərəflər arasında bağlanmış 04 dekabr 2017-ci il tarixli müqaviləyə xitam verilməsi və MMC-nin xəstəxana daxilində, həmçinin balansında olan sahədən istifadəsinə son qoyularaq, avadanlıqlarını həmin sahədən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edib. 

Eyni zamanda, "AGNA Service” MMC isə qarşılıqlı iddia ərizəsində göstərib ki, Mərkəzi Nefçilər Xəstəxanası ilə arasında bağlanmış müqaviləni xəstəxana təktərəfli dayandırmağa cəhdi nəticəsində MMC külli miqdarda maddi zərər görüb və partnyor olduğu şirkətlər qarşısında öhdəliklərini görə bilsin deyə əlavə vasait xərcləyib, işçilərinin iş yerlərinin dəyişmə prosesi və qanunsuz şəkildə idarədən çıxarılması, işıqların,  suyun və hətta maşınların giriş qadağasına görə 100 min manat maddi və mənəvi zərərin ödənilməsi, itirilmiş qazanc olaraq aylıq 10 min manatı 2020-ci ilin dekabr ayına qədər hesablanıb ödənilməsini istəyib. 

Həmçinin MMC qarşılıqlı iddia ərizəsində bildirib ki, əsaslı vəsait qoyulmuş 1 milyon manatı, həmin idarənin rəhbərliyinin şəxsən 100 min mənəvi zərər ödəməsini istəyib. 

Məhkəmə hər iki tərəfin iddiasını baxılmamış saxlayıb. 

Xatırladaq ki, "AGNA Service” MMC Mərkəzi Neftçilər Xəstəxanasının çamaşırlarının yuyulması ilə bağlı işləri həyata keçirib.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR