"Bu tədbirin Bakıda keçirilməsi çox mötəbər haldır" - Novruz Məmmədov

"Azərbaycan üçün Ümumdünya Gömrük Təşkilatının (ÜGT) beynəlxalq tədbirinin Bakıda keçirilməsi çox mötəbər haldır".

EkoNews-un əlumatına görə, bunu Azərbaycanın baş naziri Novruz Məmmədov bu gün Bakıda keçirilən Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları Konfransı və Sərgidə (WCO IT/TI Conference Exhibition) bildirib. 

Onun sözlərinə görə, Azərbaycan ÜGT ilə sıx əməkdaşlıq edir: "Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin Bakıda yerləşməsi və Azərbaycan ÜGT-nin Avropa regionuna rəhbərlik etməsini bu əməkdaşlığın bariz nümunəsidir”.

Baş nazir bildirib ki, Azərbaycan Avropa və Asiya arasında tranzit rolu oynayır: "Azərbaycan son illər irimiqyaslı infrastruktur layihələri həyata keçirir. Son illər ərzində Azərbaycaninfrastruktura böyük həcmdə vəsait yatırıb”

N. Məmmədov xatırladıb ki, 2013-cü ildə Azərbaycan orbitə ilk peykini buraxıb və bununla da ölkəmiz böyük kosmik ailənin üzvü olub. 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR