Bu xidmət üçün yarım ilə 39.7 milyard dollar vəsait xərcləyiblər

Bu xidmət üçün yarım ilə 39.7 milyard dollar vəsait xərcləyiblər

Sensor Tower adlı analitik servis bu ilin birinci yarısında mobil tətbiqlərin qazancları barəsində hesabatı təqdim edib. Beləliklə servisin verdiyi məlumata əsasən App Store ilə Google Play istifadəçiləri hər iki platformada ümumilikdə 39.7 milyard dollar vəsait xərcləyiblər. Bu isə keçən ilki göstəricidən 15% çoxdur. Belə ki, keçən il istifadəçilər ümumilikdə 34.4 milyard dollar vəsait xərcləmişdilər. Bu barədə Vc.ru saytı xəbər verib.

Ən çox vəsaiti App Store istifadəçiləri xərcləyiblər. Onlar ümumilikdə 25.5 milyard dollar vəsait xərcləyiblər. Bu isə Google Play-də xərclənmiş vəsaitdən 80% çoxdur. Google Play-də 14.2 milyard dollar vəsait xərclənib. Bununla belə Google şirkətinin platforması keçən ilin eyni zaman intervalındakı göstəriciləri ilə müqayisədə bu il daha çox gəlir yüksəlişi sərgiləyir. Belə ki, Google-da bu göstərici 19.6%, Apple şirkətində isə 13.2% yüksəlib.

Oyunlara aid olmayan tətbiqlər arasında ən çox gəliri Tinder qazanıb. İstifadəçilər bu tətbiqə hər iki platformada ümumilikdə 497 milyon dollar vəsait xərcləyiblər. İkinci yerdə Netflix servisi qərarlaşıb. Qeyd etmək lazımdır ki, App Store servisinə komissiya ödəməkdən boyun qaçırtmaq üçün Netflix şirkəti öz tətbiqinin iOS versiyasında ödənişli abunəlik funksiyasını aradan qaldırıb. Ümumilikdə isə Netflix hər iki platformadan 399 milyon dollar gəlir əldə edib.

Sensor Tower-ın hesabatında həmçinin tətbiqlərin yüklənmə barəsində statistikaları da yer alıb. Beləliklə App Sore-da həmin göstərici 1.4% aşağı düşüb. Bu isə Çindən olan yükləmə saylarının azalması ilə əlaqədardır. Google Play-də bu göstərici 16.4% yüksəlib. İstifadəçilər daha çox Whatsapp, Messenger, Tik-Tok və Instagramtətbiqlərini yükləyirlər.

Sensor Tower həmçinin istifadəçilərin mobil oyunlara xərclədikləri vəsaitləri də qeyd edib. App Store-da oyunlara xərclənmiş ümumi vəsait 17.6 milyard dollar, Google Play-də isə 12 milyard dollar təşkil edib. Daha çox gəliri isə Honor of Kings, Fate/Grand Order, Monster Strike, Candy Crush Saga və PUBG Mobile kimi oyunlar əldə ediblər. Bununla yanaşı PUBG Mobile ilə yanaşı istifadəçilər öz cihazlarına daha çox Color Bump 3D vəGarena Free Fire oyunlarını yükləyiblər.
 
Fins

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR