Bundan sonra təbii qaza neçə manat ödəyəcəyik? - İZAH

Bundan sonra təbii qaza neçə manat ödəyəcəyik? - İZAH

Təbii qaz tariflərinin illik güzəşt hissəsi artırılıb.

Dövlət başçısının tapşırığına əsasən əhalinin aztəminatlı hissəsinin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə Azərbaycanda təbii qaz tariflərinin illik güzəşt hissəsi 1700 kubmetrdən 2200 kubmetrə qədər artırılıb. 

Müvafiq qərar aprelin 30-da Tarif Şurasının iclasında qəbul edilib. Yeni qərarın əhalinin sosial və iqtisadi vəziyyətinə nə dərəcədə təsir edəcəyi ilə və digər məqamlarla bağlı iqtisadçı alim Vüqar Bayramov münasibət bildirib.

Vüqar Bayramov qeyd edib ki, bu iqtisadi qərar olmaqla yanaşı, həm də sosial qərardır. Onun sözlərinə görə, bu qərarın birmənalı şəkildə iqtisadi əsasları var, amma eyni zamanda qərar sosial əhəmiyyət daşıyır ki, bu da vətəndaşların sosial təminatlarının gücləndirilməsi baxımından vacidbir:


"Bu qərarın qəbul edilmsəsi sosial paketin bir elementi kimi də təqdim oluna bilər. Praktiki olaraq minimum limitin artırılması vətəndaşlara imkan verəcək ki, daha böyük limit çərçivəsində aşağı tariflə təbii qazdan istifdə etsinlər. Əgər istehlakçı bu günə qədər 1700 kubmetrdən artıq təbii qaz istehlak edən zaman 20 qəpik ödəniş edirdisə, yeni qərardan sonra 200 kubmetrə qədər yenə 10 qəpik ödəyəcək. Bu da imkan verəcək ki, vətəndaşlar əlavə olaraq 500 kubmetr mavi qazı aşağa qiymətə istehlak edə bilsin. Bu, vətəndaşların sosial təminatının gücləndirilməsi baxımından çox vacibdir. Nəzərə alsaq ki, son qərardan nsonra praktiki olaraq güzəştli, yəni 10 qəpikdən istifadə edərək təbii qaz istehlak edən vətəndaşlarımız ümumi istehlakçıların 85%-ni təşkil edəcək. Əvvəllər bu 70% idi və əlavə olaraq 15% istehlaşçılar minimum qiymətlə təbii qazdan istifadə etmək imkanı qazanır. Təbii ki, bu da ailə büdcəsi baxımından çox vacibdir”. 

Ekspert Tarif Şurasının 2016-cı ilin noyabrında limitlərin tətbiq edilməsilə bağlı qərarını şərtləndirən faktorlara da toxunub: 

"Etiraf etmək lazımdır ki, son 3 ildə iqtisadi baxımdan faktorlar dəyişib. Azərbaycanın təbii qaz hasilatında artımlar var. 2018-ci ildə Azərbaycan 30 milyard kubmetrdən artıq təbii qaz hasil edib. Nəzərə alsaq ki, 2017-ci ildə bu rəqəm 28.5 milyard kubmetr idi və praktiki olaraq ötən il bizim təbii qaz hasilatımız 7% artıb. Eyni zamanda ötən il Dövlət Neft Şirkətinin təbii qaz hasilatında 6.7% artım qeydə alınıb. Dövlət Neft Şirkətinin hasil etdiyi təbii qazın həcmi 6 milyard kubmerdən 6.5 milyard kubmetrə qədər yüksəlib. Təbii qaz ixracatımızda artım var. Təkcə 2018-ci ildə təbii qaz ixracatında Azərbaycan 1 milyard 499 milyon dollar gəlir əldə edib və bu ilin 1-ci rübün yekunlarına diqqət yetirsək, təbii qaz ixracatından gəlirlərimiz təxminən 2.5 dəfə artıb”. 

V. Bayramov bu qərarın ölkədə aparılan digər sosial islahatların davamı olduğunu deyib:

"2018-ci ilin 1-ci rübünün yekunlarına baxsaq, həyata keçirilən sosial islahatlar 2.5 milyon nəfərdən artıq vətəndaşımızı əhatə edir. Dövlət büdcəsinə bu istiqamətdə əlavə olaraq 2 milyardan artıq vəsait yönəldiləcək. Bu baxımdan sonuncu, bu gün müzakirə etdiyimiz  qərar da məhs sosial islahatların davam edən elementi kimi qiymətləndirilməlidir”.

Qeyd edək ki, qərar mayın 1-dən, yəni bu gündən etibarən qüvvəyə minir. //Bakucity.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR