Bunlar anlamır ki, hətta SSRİ belə bunu bacarmadı... – İqtisadi təhlil

Bunlar anlamır ki, hətta SSRİ belə bunu bacarmadı... – İqtisadi təhlil

"Bu qərar ölkədə tək-tük qalan xarici investorları da məmləkətdən didərgin salacaq, nəticədə yenə də devalvasiyaya getməyə məcbur olacaqlar”.

Ekonews xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli Mərkəzi Bankın dollar satışı ilə bağlı qərarını şərh edərkən deyib. Onun sözlərinə görə, Mərkəzi Bank və hökumət valyuta satışı qaydalarını absurdcasına sərtləşdirib:

"Məqsəd süni, inzibati yolla valyutaya tələbi azaltmaq, satışı nəzarətə almaq, beləliklə də manatın məzənnəsini qorumaqdır. Adamlar nə tarixdən, nə başqalarının buraxdığı səhvlərdən, daha betəri, hətta öz səhvlərindən belə nəticə çıxara bilmirlər. Hələ də anlamırlar ki, pulun və fikrin qarşısını inzibati üsulla, zorla, dəyənəklə almaq olmaz. Hətta SSRİ belə bunu bacarmadı, nə qədər sərt qanunlar olsa da, hətta o zaman valyuta "qara" bazarı həmişə var idi”.

Natiq Cəfərli bu qaydaların nə ilə nəticələnəcəyini açıqlayıb:

1) Ölkədə yenidən "qara bazar” yaranacaq, zənglə, watsapp-la dollar satılacaq, 

2) Ölkədə bir rəsmi, bir də "qara bazar” məzənnəsi olacaq. Hətta özbəklər belə bundan imtina etdilər, bizimkilər indi bu səhv yolla gedir, 

3) Ölkədə valyuta alınmasının çətinləşməsi xaricdən gələn malların qıtlığına, bahalaşmasına səbəb olacaq. "Qara” bazar məzənnəsi də malın qiymətinin üzərinə gələcək, 

4) Ölkədən valyuta çıxışı azalan kimi daxildə iqtisadi aktivlik də azalır. Bu isə daha çox işsizlik, daha çox sosial gərginlik deməkdir, 

5) MB və hökumət sevinir ki, son hərraclarda dollar az satılır. Bu, dolayısı ilə iqtisadiyyatın durğunluq nöqtəsinə gəlməsinin, insanların alıcılıq qabiliyyətini itirməsinin göstəricisidir. Bu qərar ölkədə tək-tük qalan xarici investorları da məmləkətdən didərgin salacaq, nəticədə yenə də devalvasiyaya getməyə məcbur olacaqlar. Bu qaçılmazdır”.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR