"Böyük 4-lüy"ün audit bazarında payı nə qədərdir?

Azərbaycanda ötən il 57 sərbəst auditor və 123 auditor təşkilatı öz fəaliyyəti barədə Auditorlar Palatasına hesabat verib.

"Report” bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, təqdim edilmiş hesabatlara əsasən müəyyən edilib ki, hesabat dövründə təsərrüfat subyektləri ilə 73,1 milyon manat məbləğində 6 451 müqavilə bağlanılıb. Bağlanmış müqavilələrdə "Böyük 4-lük" üzrə xüsusi çəkisi sayına görə 11,9% və məbləğinə görə 64%, xarici hüquqi şəxslərin ticarət nişanından istifadə edən auditor təşkilatları üzrə sayına görə 8,4% və məbləğinə görə 18,5%, yerli auditor təşkilatları üzrə sayına görə 58,1% və məbləğinə görə 14%, sərbəst auditorlar üzrə sayına görə 21,6% və məbləğinə görə 3,5% təşkil edib. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə bağlanmış müqavilələrin sayı 1 934 ədəd və yaxud 42,8% artıb, məbləği isə 1,5 milyon manat və yaxud 2% azalıb.

O cümlədən, 

- "Böyük 4-lük” üzrə müqavilələrin sayı 666-dan 769-a qədər, yəni 103 ədəd və yaxud 15,5%, məbləği 41,2 milyon manatdan 46,8 milyon manata qədər, yəni 5,6 milyon manat və yaxud 13,6% artıb;

- Xarici hüquqi şəxslərin ticarət nişanından istifadə edən auditor təşkilatları üzrə müqavilələrin sayı 505-dən 540-ə qədər, yəni 35 ədəd və yaxud 6,9% artıb, məbləği 24,8 milyon manatdan 13,5 milyon manata qədər, yəni 11,3 milyon manat və yaxud 45,6% azalıb;

- Yerli auditor təşkilatları üzrə müqavilələrin sayı 1 844-dən 3 750-ə qədər, yəni 1 906 ədəd və yaxud 103,4%, məbləği isə 5,3 milyon manatdan 10,2 milyon manata qədər, yəni 4,9 milyon manat və yaxud 92,5% artıb;

- Sərbəst auditorlar üzrə müqavilələrin sayı 1 502-dən 1 392-ə qədər, yəni 110 ədəd və yaxud 7,3%, məbləği isə 3,3 milyon manatdan 2,6 milyon manata qədər, yəni 0,7 milyon manat və yaxud 21,2% azalıb. 

***

2019-cu ildə bağlanmış müqavilələrdən 59,5 milyon manat məbləğində 5 205-i yerinə yetirilib. 2018-ci ililə müqayisədə yerinə yetirilmiş müqavilələrin sayı 1 262 ədəd və yaxud 32%, məbləği 0,1 milyon manat və yaxud 0,2% artıb, orta məbləği isə 15,1 min manatdan 11,4 min manata qədər, yəni 3,7 min manat və yaxud 24,5% azalıb.

O cümlədən: "Böyük 4-lük" üzrə yerinə yetirilmiş müqavilələrin sayı 563-dən 677-yə qədər, yəni 114 ədəd və yaxud 20,3%, məbləği 35,2 milyon manatdan 41,4 milyon manata qədər, yəni 6,2 milyon manat və yaxud 17,6% artıb, orta məbləğ isə 62,6 min manatdan 61,2 min manata qədər, yəni 1,4 min manat və yaxud 2,2% azalıb;

- Xarici hüquqi şəxslərin ticarət nişanından istifadə edən auditor təşkilatları üzrə yerinə yetirilmiş müqavilələrin sayı 347-dən 380-ə qədər, yəni 33 ədəd və yaxud 9,5% artmış, məbləği 16,6 milyon manatdan 7,6 milyon manata qədər, yəni 9,1 milyon manat və yaxud 54,8%, orta məbləğ isə 48 min manatdan 20 min manata qədər, yəni 28 min manat və yaxud 58,3% azalıb;

- Yerli auditor təşkilatları üzrə yerinə yetirilmiş müqavilələrin sayı 1 715-dən 2 948-ə qədər, yəni 1 233 ədəd və yaxud 71,9%, məbləği 4,6 milyon manatdan 8,3 milyon manata qədər, yəni 3,7 milyon və yaxud 80,4%, orta məbləğ isə 2,7 min manatdan 2,8 min manata qədər, yəni 0,1 min manat və yaxud 3,7% artıb; 

- Sərbəst auditorlar üzrə yerinə yetirilmiş müqavilələrin sayı 1 318-dən 1 200-ə qədər, yəni 118 ədəd və yaxud 9%, məbləği 2,9 milyon manatdan 2,3 milyon manata qədər, yəni 0,6 milyon manat və yaxud 23,3%, orta məbləğ isə 2,2 min manatdan 1,9 min manata qədər, yəni 0,3 min manat və yaxud 13,6% azalıb.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR