Ceyhan terminalından Azərbaycan nefti ilə yüklənmiş 4 300 tanker yola salınıb

Ceyhan terminalından Azərbaycan nefti ilə yüklənmiş 4 300 tanker yola salınıb

Türkiyənin "Botas International Limited" (BIL) şirkəti tərəfindən bu günədək Ceyhan neft terminalından 3,3 mlrd. barelə yaxın neft yola salınıb.
Qeyd edək ki, Ceyhan limanından Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli” neft-qaz yataqlarından hasil edilən neft dünya bazarlarına çıxarılır.

Məlumata görə, hesabat dövründə terminaldan 4 300 tanker AÇG nefti ilə yüklənilib. Bu il (sentyabrın 20-nə olan vəziyyətə görə) Ceyhan neft terminalından 172,32 mln. barel neft və 215 tanker yüklənilib.

Xatırladaq ki, BIL 2001-ci ildən etibarən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyə ərazisində istismarı ilə məşğul olur. /APA

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR