Cocuq Mərcanlı 51 ailəyə gübrə paylanılacaq

Cocuq Mərcanlı 51 ailəyə gübrə paylanılacaq

"Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti(ASC) 23 oktyabr 2004-cü il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla yaradılıb. Prezidentin digər sərəncamı ilə 2009-cu il iyulun 21-də  Kənd Təsərrüfatı Naziriliyinin tabeliyinə verilib.  "Aqrolizinq" ASC- nin bu gün üçün əsas fəaliyyət prinsipləri kəndli və fermerlərə yaxınlıq, səmərəli idarəçilik və innovasiyaların tətbiqidir. "Aqrolizinq" ASC-nin hazırda 9 regional nümayəndəliyi, 44 rayon bölməsi, 3 təchizat bölməsi var.

EkoNews xəbər verir ki, bunu "Aqrolizinq" ASC - nin ictimaiyyətə əlaqələr şöbəsinin rəhbəri Aytəkin Məmmədova media turda danışarkən deyib.

"Aqrolizinq” ASC tərəfindən cari il ərzində iki dəfə rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı həyata keçirilib. Belə ki, cari ilin fevral-may aylarında həyata keçirilən ilk səyyar satışdan 257 kənd üzrə 1643 vətəndaş yararlanıb. Satış zamanı 1099,15 ton mineral gübrə satılıb. Sentyabrın 10-dan başlayan 22 oktyabrın tarixinə qədər davam edən ikinci səyyar satış zamanı isə 338 kənd üzrə 3505 vətəndaşa xidmət göstərilib. Səyyar satış zamanı 1991,31 ton mineral gübrə satılıb. Hazırda bölgələrdə səyyar gübrə satışı davam edir.
2019 cu ilin taxıl biçini zamanı 738 ədəd müasir tipli kombaynlardan istifadə etməklə, 20 gün tez operativ və itkisiz biçin həyata keçirilib".

Həmçinin bildirib ki, cari ilin mart ayında "Aqrolizinq" ASC tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində kənd sakinlərinə gübrə paylanılıb. Həmin vaxt 72 vətəndaşa 24 ton Ammonium nitrat, və 16 ton Ammofos olmaqla 40 ton həcmində ödənişsiz gübrə paylanılıb. Bu gün isə 51 ailəyə 13600 kq Ammofos gübrəsi və toxum paylanılacaq.

Qeyd edək ki, hazırkı gübrə "Aqrolizinq" ASC və Moran Aqronun birgə dəstəyi ilə vətəndaşlara ödənişsiz olaraq təqdim ediləcək.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR