Bu gün daha 19 şagirddə koronavirus aşkarlanıb.
EkoNews xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.
24 sentyabr üzrə hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 94, hərarəti 37 dərəcədən yuxarı olan işçi heyətinin sayı 2 olub.
Rəsmi məlumata görə, bu gün daha 2 işçi heyəti virusa yoluxub.
COVID-19-la əlaqədar 3 sinif distant təhsilə keçirilib.
