Dekabrın 23-də “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzləri işləməyəcək

Dekabrın 23-də “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzləri işləməyəcək

Dekabrın 23-də Azərbaycan Respublikasının bələdiyyə seçkiləri ilə əlaqədar "ASAN xidmət” və "ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.

Bu barədə EkoNews-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildirilib.

Müvafiq tarixdə "ASAN Xidmət” mərkəzlərində yalnız şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidməti üzrə vətəndaşlara hazır sənədlərin təhvil verilməsi həyata keçiriləcək.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR