Dəmir yol ilə yük və sərnişin daşımaları artıb

Dəmir yol ilə yük və sərnişin daşımaları artıb

Azərbaycanda bu ilin yanvar-avqust aylarında dəmir yolu nəqliyyatı ilə 9,6 mln. ton yük və 2,2 mln. sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən EkoNews-a verilən məlumata görə, 2018-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 4,5%-lik, sərnişin daşınmasında isə 25,4%-lik artım müşahidə olunub.

"Orta hesabla sutkada 293 vaqon yüklənmiş, 404 vaqon isə boşaldılmışdır. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 11,7 min ton, Qərb istiqaməti üzrə 4,4 min ton, Cənub istiqaməti üzrə isə 0,8 min ton yüklənmə işi yerinə yetirilib", - məlumatda bildirilir.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR