Depozit hərracının nəticəsi açıqlandı - MƏRKƏZİ BANK
11 Fevral, 12:08   |    Baxış sayı: 56

Depozit hərracının nəticəsi açıqlandı - MƏRKƏZİ BANK

Bu gün Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 848 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 7,26% təşkil etmişdir.

EkoNews xəbər verir ki, Mərkəzi Bank 350 milyon manat cəlb edəcəyini açıqlamışdı və bu məbləği də cəlb edib.

04.02.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 826,1 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 7,26% təşkil etmişdi.