Deputatlar komitələrin büdcə müzakirələrindən danışdı

Deputatlar komitələrin büdcə müzakirələrindən danışdı

Milli Məclisin komitələrində 2020-ci ilin büdcə zərfinin müzakirələri noyabrın 7-si yekunlaşıb. 

Noyabrın 5-i, 6-sı və 7-ni əhatə edən büdcə müzakirələrində bütün komitələr iştirak edib.

Noyabrın 12, 13 və 14-də isə parlamebtin plenar iclası büdcə zərfini müzakirə edəcək

Komitə müzakirələro haqqında yekun fikirlərini Modern.az-la bölüşən Milli Məclisin üzvləri 2020-ci ilin büdcəsinin investisiyayönümlü və sosialyönümlü olmasına diqqət çəkiblər.

Deputat Musa Quliyev qeyd edib ki, büdcə müzakirələri həmişə olduğu kimi demokratik şəraitdə aparılıb:

"Maliyyə Nazirliyi və digər əlaqədar nazirliklər 2020-ci ilin dövlət büdcəsini təqdim etdilər. Deputatlar çıxış edərək, təkliflərini irəli sürdülər. Hər kəs təqdir etdi ki, büdcəmizdə inkişaf özünü göstərir. Ötən ilə nisbətdə təxminən 6 faizlik artımdan söhbət gedir. Büdcəmiz böyük büdcə olduğuna görə, əhalinin gələn il daha da yaxşı yaşaması üçün imkan yaradacaq. Sosialyönümlü xərclər büdcənin təxminən 40 faizə qədərini əhatə edir. 2020-ci ilin büdcəsində də səhiyyə, təhsil, sosial təminat, mədəniyyət və s. sahələrə ayrılan məbləğ artıb. Bu, onu deməyə imkan verir ki, bütün sahələrdə gələn il də maaş artımı olacaq. İnflyasiyadadan üstün əməkhaqqqı artımı gözlənilir. Gələn il inflyasiya indiki səviyyədə qalacaq. Bütövlükdə 2020-ci ilin büdcəsinin investisiya və inkişafyönümlü olduğunu düşünürəm”.

Deputat Eldəniz Səlimov bildirib ki, 2020-ci ilin büdcəsi dinamik və sürətli  inkişaf yolunda olan Azərbaycanın reallıqlarına, ölkədə həyata keçirilən islahatlar prosesinin yeni dalğasının mahiyyətinə tam uyğun gəlir:

"Komitələrin birgə iclaslarında səsləndirilən ortaq fikir bu idi ki, büdcəmiz son 15-20 il ərzində daim arta-arta gedir. Əgər müstəqilliyimizin ilk illərində - 90-ci illərdə büdcəmiz cəmi yüz minlərlə, milyonlarla ölçülürdüsə, indi artıq 30 milyarda yaxınlaşmaqdadır. Bu, özü müqayisə üçün ən gözəl nümunə, faktdır. Bu həm də onu göstərir ki, ötən illər ərzində haradan haraya gəlmişik, hansı inkişafa doğru gedirik.

2020-ci ilin büdcəsi Azərbaycanın reallıqlarını, inkişafını, hədəflərini özündə tam ehtiva edir və xalqımızın, dövlətimizin maraqlarına, istəklərinə tam cavab verir".

Səlimov onu da xatırladıb ki, 2020-ci ildə dövlət büdcəsinin gəlirləri 24 milyard 484 milyon manat məbləğində proqnozlaşdırılır:

"Bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1 milyard 316 milyon manat və ya 5,7% çoxdur”.

Deputat Kamilə Əliyeva isə hesab edir ki, 2020-ci ilin büdcəsi peşəkarlıqla, ölkəmizdə və dünyada baş verən bütün hadisələr, reallıqlar nəzərə alınmaqla hazırlanıb:

"Hər il olduğu kimi, 2020-ci ilin də büdcəsi sosial, investisiyayönümlüdür. Dövlət büdcəsinin vəsaiti hesabına bütün sahələrin, o cümlədən, Azərbaycan cəmiyyəti üçün vacib sayılan əlil və şəhid ailələrinin, məcburi köçkünlərin, xüsusilə müdafiə və hərbi layihələrin maliyyələşməsi reallaşacaq. 2020-ci ildə sosial layihələr daha sürətlə davam etdiriləcək. Hesab edirəm ki, 2020-ci ilin büdcəsi ölkə əhalisinin sosial təminatının yaxşılaşdırılmasını tam şəkildə təmin edəcək. Komitələrin birgə iclaslkarında bu fikirlər bir daha təsdiq edildi. Mən büdcə barədə daha geniş çıxışımı isə plenar iclasa saxlamışam”. 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR