"Dəyişikliklər idarəetmədə mobillik yaradacaq" (Ekspert)

Prezident İlham Əliyevin Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinin təmin edilməsi ilə bağlı imzaladığı fərmana əsasən qurumda köklü dəyişikliklər edilib.
 
Maliyyə Bazarlarına Nəzarət Palatasının yeni nizamnaməsini EkoNews-a şərh edən iqtisadçı alim Vüqar Bayramov dəyişikliklərin gözlənilən olduğunu deyib. O bildirib ki, yeniliklər Palatanı mobilləşdirməyə yönəlik addımlardır.

"Düşünürəm ki, Maliyyə Bazarlarına Nəzarət Palatasında edilən edilən dəyişiklərin ən önəmlisi idarəetmə ilə bağlıdır. Müşahidə Şurasının yaradılması idarəetmədə vahidlilik yaradacaq və bu da qrumun çevikliliyini artıracaq".

Ekspert Maliyyə Bazarlarına Nəzarət Palatasının regionlarda fəaliyyət göstərməsinin tərəfdarı olduğunu da qeyd edib.


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR