"Die Welt": AB-ni Covid-19 üzündən yeni borc böhranı gözləyir

Koronavirus epidemiyası və hökumət borcunun artması Avropa Birliyində yeni bir maliyyə böhranına səbəb ola bilər. 

Ekonews xəbər verir ki, bu haqda Almaniyanın "Die Welt” nəşrinin məqaləsində deyilir. İqtisadçıların fikrincə, ən çətin vəziyyət hazırda İtaliyadadır. 

Mütəxəssislər bank sektorundakı böhranın qarşısını almaq üçün Avropa ölkələrinin borc yükünün azaldılmasını məsləhət görür.

Almaniya Hökuməti yanında İqtisadi Mütəxəssislər Şurasının üzvü Lars Feld bildirib ki, hazırda Avropa Mərkəzi Bankı bazarları sabitləşdirmək üçün Avropa ölkələrində dövlət istiqrazlarını satın alır. Bu cür hərəkətlər sayəsində AB üzv dövlətləri indi maliyyə problemləri yaşamır.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR