“Diqlas”ın söküntüsü başa çatır

“Diqlas”ın söküntüsü başa çatır

"Diqlas” ticarət mərkəzinin söküntüsü başa çatır. 

EkoNews APA-ya istinadən xəbər verir ki, ərazidə söküntü işləri tamamlanmaq üzrədir.  

Qeyd edək ki, bu il martın 26-da paytaxtın Nizami rayonunda yerləşən 5 mərtəbəli "Diqlas” ticarət mərkəzində yanğın baş verib. Hadisə zamanı vəfat edən olmayıb, 6 nəfər yüngül xəsarət alıb, 10-a yaxın şəxs isə tüstüdən zəhərlənib. Yanğında 2 hektar ərazisi olan ticarət mərkəzi tamamilə yanıb.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR