Dollarlaşma səviyyəsi - 56%-DƏN də aşağı düşdü

Dollarlaşma səviyyəsi - 56%-DƏN də aşağı düşdü

30 Sentyabr 2019-cu il tarixində fiziki şəxslərin (əhalinin) banklardakı 8 milyard 605,3 milyon manatlıq əmanətinin 44,3%-i milli valyutada, 55,7%-i xarici valyutada olub.

EkoNews Mərkəzi Bankın aylıq statistikasına istinadən xəbər verir ki,  avqust ayının sonu ilə müqayisədə əhalinin bank əmanətlərinin dollarlaşma səviyyəsi geriləyib. Avqustun sonunda nisbət müvafiq olaraq 44% və 56% idi.

Avqust ayının sonu ilə müqayisədə Sentyabr ayında əhalinin əmanətləri 43.5 milyon manat artaraq  8 milyard 605.3 milyon manata yüksəlib. O cümlədən, milli valyutadakı əmanətlər 44.6 milyon manat artaraq 3 milyard 810.2 milyon manata, xarici valyutadakı əmanətlər isə 1.1 milyon manat azalaraq 4 milyard 795.1 milyon manata düşüb.

Ötən ilin sonu ilə müqayisədə (9 ay ərzində) fiziki şəxslərin cəmi əmanətləri 229.9 milyon manat artıb. O cümlədən, fiziki şəxslərin milli valyutadakı əmanətləri 667.9 milyon manat artıb, xarici valyutadakı əmanətləri isə 438 milyon manat azalıb.

9 ay ərzində rezidentlərin əmanətləri 517.8 milyon manat artıb, qeyri-rezidentlərin əmanətləri isə 287.9 milyon manat azalıb. /Marja

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR