Donald Tramp dolların və faiz dərəcələrinin çox yüksək olmasına münasibət bildirdi

Donald Tramp dolların və faiz dərəcələrinin çox yüksək olmasına münasibət bildirdi

ABŞ prezidenti Federal Ehtiyat Sistemini (FED) yenidən tənqid edərək, dollar məzənnəsinin və faiz dərəcələrinin çox yüksək olmasından danışıb. Prezidentin fikrincə, bu faktor amerikan şirkətlərinin mövqeyini zəiflədir.

"ABŞ dünyanın ən böyük şirkətlərinə sahib olsa da, FED haqqında bu fikri söyləyə bilmirəm”, – deyə Tramp sosial şəbəkədə bildirib.

Prezident əlavə olaraq qeyd edir ki, ABŞ-da faiz dərəcələri digər ölkələrlə müqayisədə daha yüksəkdir, bu isə "yerli istehsalçıların” işini çətinləşdirir.

Xatırladaq ki, FED-in 30-31 iyul tarixində keçirilən iclasda faiz dərəcələri 2-2,5% səviyyəsinə qədər azaldılmışdır. Tramp FED-in bu qərarını tənqid edərək, Mərkəzi Bankın rəhbərliyini pul siyasətini yumşaltmaq istəməməsində günahlandırıb.

 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR