Dosent:

Dosent: "BNA karantin dövründə saat mexanizmi kimi işlədi"

Pandemiyanın yayılma riskini azaltmaq məqsədilə tətbiq olunan xüsusi karantin rejimi dövründə insanların daha çox, yoluxma ehtimalının isə yüksək olduğu ictimai nəqliyyatın üzərinə böyük yük düşür.

Bəs bu dövrdə ictimai nəqliyyatda hansı işlər görüldü və Bakı Nəqliyyat Agentliyi (BNA) üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirə bildimi?

Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən Azərbaycan Texniki Universitetinin Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi kafedrasının müdiri, texniki elmlər namizədi, dosent Razim Bayramov bildirdi ki, pandemiya dövründə bəlkə də, çoxları qurumların hadisələrə belə cəld reaksiya verəcəyini gözləmirdi:

"Ölkəmizdə bütün qurumlar, eləcə də Bakı Nəqliyyat Agentliyi saat mexanizmi kimi işlədi. BNA yoluxma riskinin artdığı kritik situasiyada operativ tədbirlər həyata keçirdi və vəzifəsinin öhdəsindən layiqincə gəldi".

R. Bayramovun sözlərinə görə, bu dövrdə virusun yayılma sürətini minimuma endirmək üçün sosial məsafənin saxlanılması önəmlidir:

"İctimai nəqliyyatda tətbiq olunan sosial məsafə qaydaları sərnişinlərin təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Bununla bağlı avtobus salonlarına məhdud sayda sərnişinlərin qəbulu, onlar arasında məsafənin gözlənilməsi məqsədilə yan oturacaqların boş saxlanılması xəbərdarlığı və bu kimi digər tədbirlər sərnişinlərin təhlükəsizliyinə xidmət etdi. Həmçinin karantin zamanı vətəndaşların istifadəsi üçün avtobuslarda quraşdırılan dezinfeksiya aparatlarını növbəti müsbət addım kimi qeyd etmək olar".

R. Bayramovun fikrincə, metropoliten qapalı məkan kimi pandemiya dövründə daha təhlükəli olduğundan fəaliyyətinin müvəqqəti dayandırılması düzgün qərardır:

"Karantin rejiminin tətbiqi ilə metropolitenin fəaliyyətinin dayandırılması yerüstü nəqliyyata tələbi artırdı. Agentlik üzərinə düşən məsuliyyəti anlayaraq çevik şəkildə metronu əvəz edən ekspress marşrutlar təşkil etdi. Bu da fəaliyyəti zəruri olan sahələrdə çalışan insanların rahat şəkildə daşınmasına imkan verdi".

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR