Xəbər verdiyimiz kimi, ötən gün Bakının Binəqədi rayonu ərazisində yerləşən "Sobsan" boya fabrikində baş vermiş bu gün səhər saatlarında tam söndülüb.
Qafqazinfo-nun məlumatına görə, yanğın söndürülməsində 300-ə qədər canlı qüvvə iştirak edib.
FHN-in yanğınsöndürənləri alovun qarşısını almaqla yanaşı, fabrik ərazisindəki salamat qalmış mal-materiallar FHN qüvvələri tərəfindən yanğından mühafizə məqsədilə ərazidən kənarlaşdırılıb.
Yanğın zamanı 5-i Fövqəladə Hallar Nazirliyinin əməkdaşları olmaqla, 6 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Yanğından geriyə qalan fotoları təqdim edirik.