Dünya iqtisadiyyatı can verir: 6 aprel nəyisə dəyişəcəkmi? (EKSPERT)

Dünya iqtisadiyyatı can verir: 6 aprel nəyisə dəyişəcəkmi? (EKSPERT)

"Son qiymət çöküşünə səbəb olan toplantıdan tam 1 ay sonra OPEC və Rusiya aprelin 6-da yenidən bir araya gələcək".

Ekonews xəbər verir ki, bunu iqtisadçı ekspert Rövşən Ağayev deyib. Ekspert qeyd edib ki, Rusiya prezidenti görüş öncəsi maraqlı açıqlamalar verib:

"O deyib ki, Səudiyyə ABŞ-ın şist istehsalçılarını bazardan çıxarmaq üçün bu addıma getdi, amma Rusiyanın tərəfdaşlarına qarşı hansısa planı yoxdu. Əlavə edib ki, ABŞ qarışıq bazardakı bütün oyunçu-tərəfdaşların marağına uyğun qərar qəbuluna dəstək verməyə hazırdır, amma bir şərtlə - neftin onlara sərf eləyən qiyməti (42 USD) təmin edilsin. Bu qiymətdə Rusiya ehtiyatlarını büdcəyə cəlb etmədən büdcəsini icra edə bilir.

Maraqlıdır ki, həmin sərfəli qiymət Səudiyyə üçün 70-dən yüksək, ABŞ üçün 45 USD ətrafıdır. Görək üçünün də marağına uyğun qiymət ətrafında bazarda tarazlıq nöqtəsini təmin edə biləcəklərmi? Putin əmindir ki, bazardan 10 mln. barrel çəkilsə, tarazlıq yaranacaq. Amma Beynılxaql Energetika Agentliyi 15 mln. barreldən az kəsintinin bazarda qiymət tarazlığı yaratmayağını deyir. Məsələnin başqa maraqlı tərəfi də var - neft istehsalçıları hətta hökumətlərinin siyasi xərclərini də üzərinə gəlib bazarda kartel razılaşması ilə sərfəli qiymət formalaşdırmağa çalışırlar".

Pandemiyanın iqtisadiyyatını çökdürdüyü, ixracat və istehsal potensialının əhəmiyyətli hissəsini itirən, ciddi borc böhranına sürüklənən enerji idxalatçısı olan ölkələrin iqtisadiyyatı bu qiymətə tab gətirəcəkmi?

İqtisadçı sualın cavabını belə şərh edib: 

"Məsələn, normal şəraitdə Türkiyə əmtəə ixaracat gəlirlərilərinin 20%-ni enerji alışına sərf edəndə onun tədiyə balansı bir təhər buna dözürdü - o da hələ xidmət ixracından əldə etdiyi gəlirlərin bir hissəsini də yönəltməklə ticarət balansının açığını örtməklə. İndi xidmət ixracı demək olar dayanıb, əmtəə ixracatında güman ki, ciddi itkilər olacaq. Cari hesabda defisitin yaranması maliyyə hesabının kəsirini qapatmağa imkan verməyəcək. Belə vəziyyətdə azalan ixracat gəlirlərinin daha böyük hissəsinin qiyməti yüksələn enerji daşıyıcılarına xərcləməyə dözə biləcəkmi idxalatçı ölkələrin iqtisadiyyatı? Bu siyahıya Hindistan daxil Avropanın xeyli sayda xalis enerji idxalatçısı olan ölkələr daxildir. ABŞ özü də bu məsələdə qızıl ortanı tapmağa məhkumudr. Çünki son 75 ildə görmədiyi nəhəng işsizlər ordusu və sənaye istehsalında kəskin düşüşlə üzləşib. Bir tərəfdən ucuz yanacaqla iqtisadiyyatın mühərriki olan istehlak xərcləri hesabına iqtisadiyyatı ayaqda saxlamalıdır, o biri tərəfdən də sərfəli bir qiymətlə şist neft istehsalçılarının kütləvi müfilsləşməsinin və özünün dominant enerji istehsalçısı mövqeyini qorumalıdır".

Rövşən Ağayev bildirib ki, OPEC+-un aprelin 6-dan sonrakı görüşü və onun qərarlarına dünya iqtisadiyyatatının reaksiyası çox maraqlı olacaq: 
"Bir reallıq var ki, maliyyə bazarlarında çöküş sürətlənsə, neft bazarını heç bir qərar xilas edə biıməyəcək. "Neft şirkətləri ucuz neft qiymətlərinə uzun müddət dözməz” tipli hipotezlər özünü çox da doğrultmaya bilər. Çünki 1985-2000-ci illərdə kiçik istisnalarla (qısamüddətli Körfəz müharibəsi) neftin qiyməti tam 15 il 8-20 dollar arasında hərəkət edib".

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR