Dünyada 1 milyarda yaxın insan elektrik enerjisindən məhrumdur

Dünyada 1 milyarda yaxın insan elektrik enerjisindən məhrumdur

Bütün dünyada 1 milyard nəfərə yaxın adam elektrik enerjisindən məhrumdur.

EkoNews-un məlumatına görə, bu fakt "World Energy Outlook” beynəlxalq energetika agentliyinin illik hesabatında yer alıb.

İşıqsız qalanların 600 milyonu Saxaranın cənubunda, Afrika ölkələrində yaşayır. Agentliyin ekspertləri qeyd edirlər ki, vəziyyətdə ciddi dəyişikliklər olsa, yaxın on il ərzində bu rəqəm cüzi azalacaq və 530 milyon təşkil edəcək, bundan sonra isə yenidən əvvəlki göstəriciyə qayıda bilər.

Məlumata görə, 2030-cu ildə regionun əhalisinin 36 faizi işıqsız yaşayacaq. Onların dörddə üçü şəhərlərdən kənarda məskunlaşıb.

Bu rəqəmlər həmin regionda əhalinin artması ilə əlaqədardır. Artım zəruri infrastrukturun yaradılması prosesini qabaqlayır./Modern.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR