Dünyada ilk dəfə yeddiekranlı noutbuk yaradıldı

Dünyada ilk dəfə yeddiekranlı noutbuk yaradıldı

Böyük Britaniyanın "Expanscape” şirkəti dünyada ilk dəfə yeddiekranlı noutbuk yaradıb. "Aurora 7” adı verilən noutbuk peşəkar istifadə üçün nəzərdə tutulub.

EkoNews Trend-ə istinadən xəbər verir ki, noutbuk iri korpus və əsas ekrana malikdir və bu korpusa daha beş ekran bərkidilib.

Yeddinci ekran isə noutbukun klaviatura hissəsində yer alıb. Noutbukun dörd ekranı 17,3 düym, digər 3 ekran 7 düym diaqonal ölçüyə malikdir. Aurora 7-nin operativ yaddaşı 64 giqabaytdır.

Şirkətin məlumatına görə, noutbuk hazırda istehsal mərhələsindədir və yaxın zamanlarda satışa çıxarılacaq. 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR