Dünyanın ən bahalı saatı hərracda satıldı

Dünyanın ən bahalı saatı hərracda satıldı

İsveçrənin "Patek Philippe” şirkətinin istehsalı olan saat Cenevrədə "Only Watch” hərracında rekord məbləğə - 31 milyon dollara satılıb.
EkoNews-un məlumatına görə, poladdan hazırlanan saat nə vaxtsa satılan ən bahalı saat olub.

"Professional Watches” portalı qeyd edir ki, "The Grandmaster Chime Reference 6300A-010” modeli 2014-cü ildə məhdud tirajda (7 ədəd) buraxılıb.

Hərracda bahalığına görə ikinci olan saat isə sənətkar Fransua-Pol Jurnanın olub. Onun əl işi 1,8 milyon İsveçrə frankına satılıb.  

Ümumilikdə tədbirdə dəyəri 38,5 milyon İsveçrə frankından çox olan saatlar satılıb. /"Qafqazinfo” 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR