Dünyanın ən çox gəlir əldə edən qadın idmançıları - Siyahıda kimlər var?

Dünyanın ən çox gəlir əldə edən qadın idmançıları - Siyahıda kimlər var?

"Forbes” jurnalı 2019-cu ilin ən çox qazanan qadın idmançılarının siyahısını tərtib edib.

EkoNews xəbər verir ki, jurnalın tərtib etdiyi siyahıya 29.2 milyon dollar qazancla tennisçi Serena Uilyams başçılıq edir.

37 yaşlı idmançı bu pulu 2019-cu ilin 7 ayı ərzində qazanıb.  Tennisçilərin üstünlük təşkil etdiyi siyahının ikinci sırasında 24,3 milyon dollarlıq qazancla Naomi Osakadır. Üçüncü sırada isə 11,8 milyon dollarlıq qazancla Anjelika Kerber qərarlaşıb.
 
Həmin siyahını təqdim edirik:

1. Serena Uilyams, tennis — 29,2 milyon dollar

2. Naomi Osaka, tennis — 24,3 dollar

3. Anjelika Kerber, tennis — 11,8 dollar

4. Simona Halep, tennis — 10,2 dollar

5. Sloan Stivens, tennis — 9,6 dollar

6. Karolin Voznyatski, tennis — 7,5 dollar

7. Mariya Şarapova, tennis — 7 dollar

8. Karolina Plişkova, tennis — 6,3 dollar

9. Elina Svitolina, tennis — 6,1 dollar

10−11. Vinus Uilyams, tennis — 5,9 dollar

10−11. Qarbinye Muqurusa, tennis — 5,9 dollar

12. Aleks Morqan, futbol — 5,8 dollar

13−14. Mgdison Kis, tennis — 5,5 dollar

13−14. Pursala Sindhu, badminton — 5,5 dollar

15. Ariya Djutanuqarn, qolf — 5,3 dollar

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR