Dünyanın ən gözəl adası: cəmi 6 nəfər yaşayır (FOTOLAR)

Dünyanın ən gözəl adası: cəmi 6 nəfər yaşayır (FOTOLAR)

İslandiyanın Flatey adası dünyanın ən gözəl adası seçilib.

EkoNews xəbər verir ki, Flatey 2020-ci ilin ən yaxşı 50 adası arasında zirvədə qərarlaşıb. Ölkənin şimal-qərbində yerləşən adanın uzunluğu 2 km-ə çatır. Adanın cəmi 6 nəfər əhalisi var, lakin yay aylarında ziyarətçi sayı 9 minə çatır. Bölgədə avtomobildən istifadə edilmir.

Flateydə 150-dən çox bitki, 35-dən çox quş növü yaşayır. Ada sahillərində balinalara belə rast gəlmək mümkündür.

"Breidafjordur" körfəzində yerləşən 40 adadan sadəcə Flateydə yaşayış mövcuddur. Adada cəmi 6 nəfər yaşayır və avtomobil yoxdur.

İslandiyanın 1864-cü ildə inşa edilən ən qədim kitabxanası məhz adada yerləşir. Burada "Hotel Flatey" adlı otel, 1926-cı ildə inşa edilmiş kilsə də mövcuddur.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR