Dünyanın ən varlı 10 adamı

Dünyanın ən varlı 10 adamı

"Forbes” dərgisi dünyanın ən varlı 10 adamının siyahısını dərc edib.

Ekonews xəbər verir ki, siyahıya "Amazon"un qurucusu və rəhbəri Ceff Bezos başçılıq edir. Onun sərvəti 112,2 milyard dollardır. Ceff Bezos eyni zamanda "The Washington Post” qəzeti və "Blue Origin” aerokosmik kompaniyasının yaradıcısı və rəhbəridir.

İkinci pilləni tutan "Louis Vuitton” brendinin rəhbəri Bernar Arnonun 107 milyard dollar sərvəti var. İlk "üçlüy"ü qapayan "Microsoft”un ortağı Bill Qeytsin sərvəti 106,9 milyard dollardır.

Növbəti yerləri ardıcıl olaraq "Berkshire Hathaway" şirkətinin baş icraçı direktoru Uorren Baffet (87,1 milyard dollar), "Facebook”un sahibi Mark Zükerberq (72,1 milyard dollar), "Inditex"in sahibi Amansio Orteqa (70 milyard dollar), "Oracle” şirkətinin texniki direktoru Lari Errison (68,2 milyard dollar), "Grupo Carso”nun sahibi Karlos Slim (61,4 milyard dollar), "Google” şirkətinin qurucularındanLarri Peyc (58,8 milyard dollar) və "L’Oréal”ın sahibi Fransuaza Bettankur Mayers (57,7 milyard dollar) tutur.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR