Dünyanın işləmək və yaşamaq üçün ən yaxşı ölkəsi

Dünyanın işləmək və yaşamaq üçün ən yaxşı ölkəsi

2019-cu ilə qədər, beşil ərzində dünyanın işləmək və yaşamaq üçün ən yaxşı ölkəsi adına Sinqapur şəhəri layiq görülmüşdü. İndi isə bu adı İsveçrə daşıyır.

HSBC Holdings-in araşdırmasına əsasən, iri özəl bankların,qida istehsalçılarının və əczaçılıq şirkətlərinin vətəni sayılan İsveçrə işləmək və yaşamaq üçün ən yaxşı yer hesab olunub. İsveçrə, stabil iqtisadiyyatına görə və rəqabətqabiliyyətli maaşlar  üçün yüksək dəyərləndirmə qazanmaqla 8-ci yerdən 1-ci yerə keçib.

Isveçrədə orta əmək haqqı 111,6 min dollardır – bu, HSBC-nin sorğusunda yer alan digər 33 ölkədəki orta əmək haqqının (75,9 min dollar) demək olar ki, yarısından çoxdur. Bloomberg xəbər verir ki, İsveçrəyə gələn hər 10 adamdan 7-si bura gəldikdən sonra real gəlirlərinin artdığını deyiblər. Keçən il gələn əcnəbilərin 80%-i buranın iqtisadi iqlimindən, 86%-i isə siyasi mühitindən razı qaldıqlarını bildiriblər.

Bununla, İsveçrə məmnunluq və dostsevərlik səviyyəsinə görə, müvafiq olaraq 31 və 24-cü yerləri tutur. Buranı həmçinin, uşaqların tərbiyəsi və uzunömürlülüyə görə də ideal ölkə hesab edirlər.

Bu siyahıya İsveçrədən başqa Sinqapur, Kanada, İspaniya və Yeni Zellandiya da daxildir. Onuncu yerdə Vyetnam gəlir. Rusiya isə siyahıda yoxdur.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR