Dövlət Dumasının deputatı:

Dövlət Dumasının deputatı: "Azərbaycan turizm sahəsində liderlərdən birinə çevrilir"

"Azərbaycan rəhbərliyi turizmin hərtərəfli inkişafı üçün çox iş görür, buraya həm infrastruktur, həm qonaqpərvərlik, həm də müxtəlif tədbirlərin keçirilməsi aiddir".

EkoNews Report-a istinadla xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı, Vahid Rusiya Partiyasının Ali Şurasının üzvü Vyaçeslav Fetisov deyib.

"Bakıya aşiqəm. Çox gözəl, qonaqpərvər, tarixi çalarları olan şəhərdir, orada olmaq çox xoşdur, məmnuniyyətlə gedirəm. Bakı postsovet məkanının əsas şəhərlərindən birinə çevrilir. Turizm geniş miqyasda inkişaf edir", - o bildirib.

Azərbaycanda keçirilən idman tədbirləri barədə danışan deputat söyləyib ki, bu, turizmin sürətli inkişafını təşviq etmək üçün düzgün addımdır: "Ölkə rəhbərliyi müasir Azərbaycanı dünyaya həm də Birinci Avropa Oyunları, Formula-1 və s. kimi idman tədbirləri ilə nümayiş etdirməyə çalışır. Müasir, fantastik infrastruktur var. Hesab edirəm ki, bu, düzgün, səriştəli strategiyadır. Məni qonaq gözləyin, məmnuniyyətlə gələcəyəm. Artıq ekologiya ilə bağlı səfər planları var. Ekologiya turizmin inkişafı üçün vacib problemlərdəndir. Ekologiyası yaxşı olan ölkə həmişə üstünlük qazanır".

"Hesab edirəm ki, azərbaycanlılar yaxşı işlər görüblər və ölkə rəhbərliyi də turizm sənayesinin inkişafı üçün düzgün strateji istiqamət götürüb. Azərbaycan turizm sahəsində liderlərdən birinə çevrilir", - V.Fetisov fikrini yekunlaşdırıb.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR