Dövlət Sərhəd Xidməti

Dövlət Sərhəd Xidməti "Keşikçi dağ"la bağlı məlumat yaydı

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi Keşikçi dağda baş verən hadisə haqqında məlumat yayıb. 
EkoNews xəbər verir ki, məlumatda deyilir: 

"14 iyul 2019-cu il tarixdə saat 14:50 radələrində DSX-nin Sərhəd Qoşunlarının "Şəmkir” sərhəd dəstəsinin "Keşikçi qala” sərhəd zasta­va­sının xidməti ərazisində Gürcüstan vətəndaşları tərəfindən Azər­bay­can sər­həd naryadına qarşı insident törədilmişdir.

Hadisə ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülməklə insident qı­sa müddət ərzində aradan qaldırılmış və DSX-nın şəxsi heyəti tərə­findən ərazidə təhlükə­sizlik tədbirləri təmin edilmişdir.

Azərbaycan və Gürcüstan sərhəd nümayəndələri arasında görüş keçirilmiş, baş vermiş hadisə birgə araşdırılmış, gələcəkdə bu kimi hallara yol verilməməsi üçün görülməli olan tədbirlər müzakirə edilmişdir.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR